Əfv Komissiyası sonuncu iclasa toplaşır

img

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

 

Bu barədə Rezonans.az-Komissiyadan məlumat verilib.

 

Bildirilib ki, bugünkü iclasda daxil olan müraciətlərə baxılacaq. Ümumilikdə indiyədək 500-dən çox müraciətə baxılıb.

 

Qeyd edək ki, 28 May Müstəqillik Günü münasibəti ilə ölkə başçısı tərəfindən Əfv sərəncamının imzalanacağı gözlənilir.

Xəbəri paylaş: