Ombudsmanının MPQ-nin üzvləri TİHEK nümayəndə heyəti ilə birgə başçəkmə həyata keçirib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti ilə birgə Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində başçəkmə həyata keçirib.


Rezonans.az xəbər verir ki, başçəkmə zamanı əvvəlcə müəssisə rəhbərliyi ilə görüş keçirilib, ölkə təcrübəsi və müəssisə barədə məlumat verilib.


Daha sonra müəssisənin kameralarına, tibb otağına, gəzinti yerinə, mətbəxinə və digər yerlərə baxış keçirilib.


Müəssisədə saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib, müraciətləri dinlənilib, sənədləşmə araşdırılıb.



Xəbəri paylaş: