Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbir təşkil edilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin tabeliyində Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzində “Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Rezonans.az xəbər verir ki, tədbirdə məruzəçi qismində iştirak edən Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva çıxışı zamanı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyada nəzərdə tutulmuş öhdəliklər, Konvensiyanın həyata keçirilməsinin təşviqi və müstəqil monitorinqi üzrə Ombudsmana verilmiş yeni səlahiyyətlər, bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Ombudsmana ünvanlanan müraciətlərin məzmunu, əlilliyi olan şəxslərin sağlamlıq, təhsil və əmək hüquqlarının təşviqi, müyəssərliyin təmini, inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində aparılan işlər haqqında danışıb.

Yekunda fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Xəbəri paylaş: