Cüdoçularımız Avropa Kubokunda birinci yeri tutublar

img

Azərbaycan cüdoçularl Sloveniyanın Podçetrtek şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.

Rezonans.az xəbər verir ki, milli komanda iki günün nəticəsinə əsasən 4 qızıl, 1 gümüş və 3 bürünc mükafat qazanaraq ümumi hesabda və kişilər arasında birinci yeri tutub.

Yarışın ikinci günü kişilər arasında 4 çəki dərəsində 5 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. -81 kq. çəkidə Məhərrəm İmamverdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. +100 kq. çəkidə İmran Yusifov qızıl, Camal Feyziyev bürünc medal qazanıb. -100 kq. çəkidə Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.

Xəbəri paylaş: