Erməni gimnast azərbaycanlı baş hakimə görə yarışdan geri çəkildi

img

Bədii gimnastika üzrə Ermənistan komandası Kazanda keçirilən BRİKS oyunlarında turnirin baş hakiminin dəyişdirilməsi səbəbindən geri çəkilib.

Rezonans.az xəbər verir ki, bu barədə erməni gimnast Silva Sarkisyan "Match TV"yə bildirib.

O, müsahibəsində deyib ki, Ermənistan tərəfinin narazılığına səbəb yarışın baş hakimi vəzifəsinə Azərbaycan nümayəndəsinin təyin olunmasıdır.

“Əvvəlcə baş hakim kimi Ermənistan nümayəndəsi təyin olundu, indi isə yarışın baş hakimi Azərbaycandandır”, - deyə Sarkisyan bildirib.

Xəbəri paylaş: