Cüdoçularımız “Böyük dəbilqə”də mübarizəyə başlayır

img

Bu gün Tbilisidə “Böyük dəbilqə” turniri start götürür.

 

Rezonans.az xəbər verir ki, yarışın birinci günündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq. Belə ki, kişilərin yarışında ilk qarşılaşmalarda Rövşən Əliyev Daniel Leutgeb (Avstriya) - İrakli Kupatadze (Gürcüstan) cütünün, Turan Bayramov (60 kq) Allan Kuvabara (Braziliya) - Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibləri ilə görüşəcəklər.

 

Qadınlardan ibarət milli komandanın üzvləri 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı ilk görüşdə Amber Qersjes (Hollandiya), Şəfəq Həmidova isə Nataşa Ferreyra (Braziliya) ilə qarşılaşacaqlar.

 

Yarışda 37 ölkədən 284 idmançı iştirak edəcək.

Xəbəri paylaş: