Məmmədyarov və Rəcəbov qələbə qazandı

img

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər.

Rezonans.az xəbər verir ki, Məmmədyarov yarışın dördüncü günündə çinli Van Haonu qara fiqurlarla məğlub edib.

37 yaşlı qrossmeyster 7 xalla 4-cü pillədə qərarlaşıb.

Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla heç-heçəyə razılaşıb. 35 yaşlı şahmatçı ikinci görüşdə rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan qrossmeyster hazırda 8-cı sıradadır.

Xəbəri paylaş: