İsmayıllıda magistral su kəmərinin köçürülməsi işləri yekunlaşdı

img

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar ərazidən keçən 355 mm diametrli 400 metr uzunluğunda  magistral su xətti köçürülüb. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, bu səbəbdən magistral kəmərlə suyun nəqli dayandırılsa da su təchizatında fasilə yaranmayıb. İsmayıllı şəhəri anbarlarında toplanmış ehtiyat hesabına əhali içməli su ilə təmin olunub. 

Magistral kəmərin köçürülməsi işləri artıq yekunlaşıb və İsmayıllı şəhərinin bu kəmər vasitəsilə içməli su təchizatı əvvəlki rejimlə davam etdirilir. 

Xəbəri paylaş: