Yaponiyanın Baş naziri NATO sammitində iştirak edəcək

img

Yaponiyanın baş naziri Fumio Kişida iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində iştirak etməyi düşünür.

 

Rezonans.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "NHK" telekanalı məlumat yayıb.

 

F.Kişida NATO toplantısında iştirak edən ilk Yaponiya baş naziri ola bilər. Eyni zamanda, sammitdə o, təkcə Ukraynadakı vəziyyəti deyil, həm də Çin və Şimali Koreyanın hərəkətlərini müzakirə etmək, həmçinin Yaponiyanın müdafiə qabiliyyətini köklü şəkildə gücləndirmək planlarından danışmaq niyyətindədir.

 

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində növbəti iclası iyunun 28-30-da Madriddə baş tutacaq.

Xəbəri paylaş: