Albaniyada yeni prezident seçildi

img

Albaniya parlamenti Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı ölkənin prezidenti seçib.

 

Rezonans.az xəbər verir ki, Beqay 78 səs qazanıb, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları tərəfindən verilib.

 

General-mayor orduda tibbi xidmət sahəsində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2020-ci ildə NATO ölkəsinin silahlı qüvvələrinin baş qərargah rəisi olub.

 

Qeyd edək ki, prezident 140 yerlik Albaniya parlamentinin beşdə üçünün səsi ilə seçilir. Parlamentar respublika idarəetmə sisteminə malik ölkədə prezidentin rolu əsasən simvolikdir, buna baxmayaraq, o, məhkəmə və ordu üzərində müəyyən səlahiyyətlərə malikdir.

Xəbəri paylaş: