Vətəndaşların seçki hüququ” mövzusunda maarifləndirici tədbir keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı “Vətəndaşların seçki hüququ” mövzusunda maarifləndirici tədbir keçirilib.


Rezonans.az xəbər verir ki, bir sıra aidiyyəti dövlət qurumlarının regional nümayəndəliklərinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov “Vətəndaşların seçki hüququnun təmini”, “Seçki hüququnun prinsipləri”, “Seçkilərin təşkili”, “Seçki prosesi və mərhələləri” və “Aktiv və passiv seçki hüququ” mövzularından bəhs edib, ölkəmizdə vətəndaşların seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlanıldığını, Ombudsman təsisatı tərəfindən bu sahədə silsilə hüquqi-maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.


Tədbir müzakirələrlə davam edib, mövzu üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: