Satılmayan qarpızları kanala atdılar - DİN-dən AÇIQLAMA

img

Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Rezonans.az-a bildirilib ki, vətəndaşın qarpızın satılmadığı ilə paylaşılan görüntülər Tik-tokda seyrici toplamaq məqsədi ilə çəkilib. O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb.

Kanala atılan məhsullar satış üçün yararlı olmayıb.

Xəbəri paylaş: