Qanunsuz balıq ovlayan 10 nəfər saxlanıldı

img

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Rezonans.az-a bildirilib ki, həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Xəbəri paylaş: