Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan ölkəmizdə idmanın inkişafına və idmançılarımıza böyük diqqət və qayğı göstərir. Gənclərimizin sağlam olması, idmana böyük maraq göstərmələri dövlətimizin gənclərlə bağlı siyasətinin əsas prioritetlərindəndir.
Beynəlxalq idman yarışlarlarında ölkəmizi layiqli təmsil etmələri üçün Prezidentimiz idmançılarımıza böyük imkanlar yaratmışdır. Demək olar ki, hər bir regionumuzda ən müasir və çoxsahəli İdman Olimpiya Kompleksləri tikilmişdir. İdmançılarımız da ölkə başçımızın onlara göstərdiyi bu diqqət və qayğını doğrultmaq üçün ölkəmizi beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil edir, yüksək nəticələr göstərərək bayrağımızı ucaya qaldırır, himnimizi səsləndirirlər.
Fransada keçirilən XXXIII Paris Yay Olimpiya oyunlarında da idmançılarımız böyük nəaliyyətlər əldə edərək ölkəmizə iki qızıl, iki gümüş, üç bürünc medal qazandıraraq Fransada bayrağımızı ucaldıb himnimizi səsləndirdilər.
Bu münasibətlə Prezident cənab İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını qəbul etdi və beynəlxalq yarışda və Olimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışları barədə fikirlər söylədi. Prezidentimizin idmana və idmançılara göstərdiyi qayğı və Azərbaycanda peşəkar idmançıların yetişməsi üçün gördüyü işlər nəticəsində Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Parisdə qazandığımız medalların sayına və əyarına görə Azərbaycan dünyada 30-cu, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkə arasında 3-cü yerdədir. Müstəqillik dövründə bu göstərici Olimpiyadalardaki ən yüksək nəticədir. Gələn gənc nəsil Prezident cənab İlham Əliyevin idmançılara göstərdiyi böyük diqqət və qayğıdan ruhlanaraq aktiv şəkildə idmanla məşğul olurlar. Vətənpərvərlik ruhunda yetişən bugünkü gənclərimiz də xarici dövlətlərdə Azərbaycan bayrağının yüksəltməyi və himnimizi səsləndirməyi özləri üçün böyük şərəf sayır və bununla qürur duyurlar. Prezidentimiz Azərbaycan dövlətini bütün dünyaya qalib ölkə, Azərbaycan xalqınını mərd, igid və əzmkar bir xalq kimi tanıtdı. İdmançılarımız da bu qalibiyyəti dünyanın yarış meydanlarında fəxrlə davam etdirirlər.
Kamilə Əliyeva
VI çağırış Milli Məclisin deputatı, professor