Qəbələdə 40 nəfərin toyda zəhərlənməsi ilə bağlı araşdırma başladı

Qəbələdə 40 nəfərin toyda zəhərlənməsi ilə bağlı araşdırma başladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə Rezonans.az-a Agentlikdən məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

Xəbəri paylaş: