Ziyafət Əsgərov seçicilər ilə görüş keçirib

img

İşıqlı gələcəyə aparan yol

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun Şərur rayonunun Oğlanqala kənd mərkəzinin iclas zalında Oğlanqala, Dizə, Axura, Həmzəli və Havuş kənd  seçiciləri ilə  görüş keçirilib.

Görüşə başlanmazdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.


Rezonans.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədrin müavini Adil Əhmədov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, deputatlığa namizəd Əsgərov Ziyafət Abbas oğlu haqqında seçicilərə ətraflı məlumat verib.


Çıxış edən deputatlığa namizəd Ziyafət Əsgərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Həmçinin, Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O bildirib ki: “Sözsüz gələcək inkişaf, yeni hədəflərin reallaşdırılması,  Azərbaycanın qüdrətinin daha da artırılması Heydər Əliyev idealarının təzahürüdür. Azərbaycanı işıqlı gələcəyə aparan tək yol Heydər Əliyev yoludur!”


Z.Əsgərov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. Sonda seçicilərin sualları cavablandırılıb.

Tədbirdə, həmçinin görüş iştirakçılarından Tahir Əliyev, Rəbbil Səfərov, Məhsəti Rzayeva seçiciləri uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

    

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, görüşdən sonra deputatlığa namizəd Oğlanqa kəndindən olan  şəhid Əliyev Hicran Əli  oğlunun və şəhid Mayor Vəliyev Vüsal İslam oğlunun ailələrini ziyarət edib.



Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri


Xəbəri paylaş: