Odlu silah gizlədən şəxs SAXLANILIDI

img

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah saxlayan A.Məmmədli saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən tapança aşkarlanıb. Saxlanılan şəxs silahı tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: