2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 16-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-müşavirə keçirilib.
Rezonans.az xəbər verir ki, Penitensiar xidmətin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının nümayəndələri, Xidmətin Baş idarəsinin məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mühafizə alayı və Konvoy taborunun komandirləri, habelə həmin qurumların yerləşdiyi ərazilər üzrə müvafiq seçki dairələri dairə seçki komissiyalarının sədrləri və media nümayəndələrinin iştirak etdiyi tədbir penitensiar müəssisələrdə seçkilərin təşkili və səsvermənin keçirilməsinə həsr olunub.