Astarada dəyirmi masa keçirilib

img

Astara Rayon İcra Hakimiyyətinin inzibati binasında "Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi" mövzusunda tədbir baş keçirilib.


Rezonans.az xəbər verir ki, tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr və digər aidiyyəti şəxslər iştirak etmişlər.


Tədbirdə mövzu ilə əlaqədar rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəsti xanım Əliyeva, şöbənin məsləhətçisi Elxan Hüseynov və Astara rayonu üzrə mediator Orxan İbrahimov çıxış etmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Xəbəri paylaş: