Bakının əsas yollarında TIXAC var

img

Bakının bir sıra yollarında sıxlıq yaranıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Hal-hazırda yollardakı vəziyyət:

 

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

 

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

 

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

 

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbəri paylaş: