Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “LADA” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.
Rezonans.az xəbər verir ki, sürücü A. Süleymanov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub.
Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.