Qısamüddətli gərginlik düşməsi nəticəsində Bakı metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır.
"Bakı Metropoliteni" QSC-dən Rezonans.az-a verilən məlumata görə, bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında, 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub.
"Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb", - QSC-dən bildirilib.