Mülki hüquq münasibətlərinin tənzimlənməsində xüsusi yer tutan əmlak hüquqlarının müasir dövrün çağırışlarına uyğun təmin edilməsi üçün səmərəli mexanizmlərin yaradılması məqsədilə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “Daşınmaz əmlak dövriyyəsinin stabilliyi” mövzusunda elmi-praktiki seminar keçirilib.
Rezonans.az xəbər verir ki , Beynəlxalq ekspert, Almaniyanın Halle-Vittenberq Universitetinin professoru Azər Əliyevin iştirakı ilə keçirilən seminarda Ədliyyə və İqtisadiyyat nazirlikləri, Ali Məhkəmə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Hüquqi Eskpertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası və Azərbaycan Notariat Palatasının nümayəndələri iştirak edib.
Seminarda daşınmaz əmlak sektorunun inkişaf etdirilməsi, bu sahədə risklərin qiymətləndirilməsi, o cümlədən tikintisi başa çatmamış binalarda hüquqların rəsmiləşdirilməsində mövcud problemlər ətrafında müzakirələr aparılıb, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi imkanları nəzərdən keçirilib.