Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına elektrik enerjisinin ixracı ilə bağlı “Karub Enerji Sənaye və Ticarət”, “Nobel Energy Management” və “Baltech Enerji” şirkətlərinin nümayəndələri ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin nümayəndələri arasında ayrılıqda müxtəlif vaxtlarda görüşlər keçirilib.
Rezonans.az xəbər verir ki, görüşlərdə şirkət nümayəndələri ilə muxtar respublikanın elektrik şəbəkəsi infrastrukturu, mövcud imkanlar və gələcək prioritetlər müzakirə edilib.
TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Xidmət arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat Müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb.
"Əməliyyat Müqaviləsi" nin yaxın zamanlarda imzalanması planlaşdırılır.
Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib.