“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirici tədbir keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Cənub regional mərkəzləri tərəfindən Gəncədə, Samuxda, Şəmkirdə və Cəlilabadda Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirici tədbirlər təşkil edilib.


Rezonans.az xəbər verir ki, tədbirlərdə ölkəmizdə vətəndaşların seçki hüquqlarının təmini vəziyyətinin Ombudsman tərəfindən daim diqqətdə saxlanıldığı, həmin hüquqların səmərəli təmini və müdafiəsi məqsədilə əhəmiyyətli fəaliyyətin həyata keçirildiyi, müvafiq sahədə silsilə hüquqi-maarifləndirmə tədbirlərinin təşkil olunduğu bildirilib, eləcə də Seçki Məcəlləsinin müddəaları diqqətə çatdırılıb.


Tədbirlərdə, həmçinin mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Xəbəri paylaş: