Saatlıda qazi və qardaşı həkimə xəsarət yetirdi

img

Saatlı rayon sakini, veteran, l qrup əlil Həsən Mehtiyevin təzyiqə məruz qalması iddiaları əsassızdır, barəsində olan ittihamlardan yayınmaq məqsədindən irəli gəlir. 

Rezonans.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupu iddialara cavab verib.

Bildirilib ki, H.Mehtiyev avqustun 25-də saat 21:30 radələrində qardaşı Elgün Mehtiyevlə birlikdə Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım şöbəsində uca səslə qurumun əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib və ona qanunsuz olaraq əlavə pereparat verilməsini tələb edib. Həmin gün xidmətdə olan qadın növbətçi həkim ona tələb etdiyi xüsusi pereparatın normadan artıq olduğunu və onun həyatı üçün təhlükə yarada biləcəyini qeyd edib. Bununla razılaşmayan H.Mehtiyev təkrarən təhqirlər səsləndirib, əlində olan mobil telefonla həkimin sifətinə, qardaşı isə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetiriblər. 

Daha sonra H.Mehtiyevin valideynləri də oraya gələrək xəstəxananın əməkdaşlarına qarşı nalayiq ifadələr səsləndirərək onları təhqir ediblər. 

H.Mehtiyevin törətdiyi xuliqanlıq hərəkətlərinə görə barəsində başlanan cinayət işi üzrə araşdırmalar aparılır, ailə üzvləri barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. 

Törədilən xuliqanlıq hərəkətlərinin əks olunduğu görüntülər və digər maddi sübutlar istintaqa təqdim edilib. 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbəri paylaş: