2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov Şərur və Kəngərli rayonlarında 32 şəhid ailəsini ziyarət etmiş, bir çox qazilər ilə görüşmüş, şəhid ailələrinin və qazilərin problemlərini dinləmiş və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlərinin görüləcəyini bildirmişdir.
Rezonans.az xəbər verir ki, seçki kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzovun Şərur və Kəngərli rayonlarının kənd, qəsəbə və şəhərlərində 9-30 avqust 2024-cü il tarixlərində seçicilərlə 18 görüşü keçirilmişdir.
Aralıq kənd Mədəniyyət evində Aşağı Aralıq, Yuxarı Aralıq, Qarxun, Məmmədsabir və Sərxanlı kənd seçiciləri ilə;
Qıvraq qəsəbə Mərkəzinin iclas zalında Qıvraq qəsəbə, Şahtaxtı və Qabıllı kənd seçiciləri ilə;
Püsyan kənd mərkəzinin iclas zalında Təzəkənd və Püsyan kənd seçiciləri ilə;
Danyeri kənd mərkəzinin iclas zalında Danyeri və Tənənəm kənd seçiciləri ilə;
Qarabağlar kənd mərkəzinin iclas zalında Qarabağlar kənd seçiciləri ilə;
Aşağı Daşarx kənd mərkəzinin iclas zalında Aşağı Daşarx, Oğuzkənd, Yeni Havuş və Xətai kənd seçiciləri ilə;
Çərçiboğan kənd mərkəzinin iclas zalında Çərçiboğan və Arbatan kənd seçiciləri ilə;
Çalxanqala kənd mərkəzinin iclas zalında Çalxanqala, Təzəkənd və Xıncab kənd seçiciləri ilə;
Vərməziyar kənd mərkəzinin iclas zalında Vərməziyar, Xanlıqlar, Ələkli və Stansiya Daşarx kənd seçiciləri ilə;
Vərməziyar kənd mərkəzinin iclas zalında Vərməziyar, Xanlıqlar, Ələkli və Stansiya Daşarx kənd seçiciləri ilə;
Yuxarı Daşarx kənd mərkəzinin iclas zalında Dərəkənd və Yuxarı Daşarx kənd seçiciləri ilə;
Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclər ilə;
İbadulla kənd mərkəzinin iclas zalında İbadulla, Qışlaqabbas və Ərəbyengicə kənd seçiciləri ilə;
Siyaqut kənd mərkəzinin iclas zalında Siyaqut və Kosacan kənd seçiciləri ilə;
Tumaslı kənd mərkəzinin iclas zalında Tumaslı, Diyadin və Vayxır kənd seçiciləri ilə;
Çəmənli kənd mərkəzinin iclas zalında Çəmənli, Dərvişlər, Qarahəsənli və Arpaçay kənd seçiciləri ilə;
Şərur şəhər Mədəniyyət sarayında şəhər seçiciləri, ziyalılar, ağsaqqallar, ilk dəfə səs verəcək gənclər, tələbələr və idmançılar ilə.
Görüşlər zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
50 nəfər seçici müxtəlif suallarla müraciət etmiş, onlardan:
30-dan çox müraciət yerində həll olunmuş,
Digərləri aidiyyatı üzrə baxılmaq üçün nəzarətə götürülmüşdür.