3 oktyabr 1993-cü il - Ümummilli Lider Heydər Əliyev böyük səs çoxluğu ilə Prezident seçildi

3 oktyabr 1993-cü il - Ümummilli Lider Heydər Əliyev böyük səs çoxluğu  ilə  Prezident seçildi

1993-cü ilin 3 oktyabrında xalqımız Prezident seçkilərində yüksək səs çoxluğu ilə Heydər Əliyevə səs verərək ölkənin taleyini görkəmli dövlət xadiminə etibar etdi. Bu seçimlə müstəqillik yolunda Azərbaycan xalqı keyfiyyətcə yeni dövrə qədəm qoydu. Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə, bu istiqamətdə əlavə tədbirlərin keçirilməsini təmin etdi, dövlət intizamını möhkəmləndirdi. Hər bir ölkənin tarixində onun gələcək taleyini, siyasi sistemini, iqtisadiyyatını və mədəniyyətini kökündən dəyişdirən dönüş nöqtələri mövcuddur.  Artıq bu mühüm tarixi hadisədən 33 il keçir. İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri dövlətçiliyimizin mövcudluğu üçün ciddi təhlükələrlə xarakterizə olunur. Sovetlər Birliyinin dağılması ilə Azərbaycan müstəqillik qazansa da reallıqda daxili hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə, siyasi ambisiyaların milli maraqlardan üstün tutulması ölkəni böyük təhlükələrlə üz-üzə qoymuşdur. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi və tənəzzülə uğramasının qarşısının alınması, yeni dövrün tələblərinə uyğun tərzdə islahatların həyata keçirilməsi önəmli idi ki, Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi. Ölkəmizdə yeni iqtisadi mühit formalaşdı. Azərbaycanın dünya miqyasında tanınması Ümummilli Lider Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Dahi şəxsiyyətin yürütdüyü təcrübəli və müdrik siyasət sayəsində qısa müddət ərzində ölkəmizin xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdi. Ölkəmiz ardıcıllıqla hədəflərə doğru inamla addımlayır. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın yaratdığı reallıqlar əsasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin əldə edilməsindən, yeni əməkdaşlıq formatlarının yaradılmasından, Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edirik. Azərbaycanı daim zirvələrdə görmək istəyən Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Torpaqlarımız azaddır, keçmiş məcburu köçkünlər dogma yutd-yuvalarına qayıdışın sevincini yaşayırlar. Bu tarixi seçim, ilk növbədə, dövlətçiliyin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin təmin edilməsi, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm dönüş nöqtəsi idi.  Müstəqilliyin ilk illəri Azərbaycan üçün son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi proseslərlə müşayiət olunurdu. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, dövlət idarəçiliyində ciddi problemlər yaşanır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, cəmiyyətin gələcəyə inamı ciddi sınaqlarla üzləşirdi. Belə bir mürəkkəb tarixi şəraitdə Azərbaycan xalqının Heydər Əliyevə olan inamı və onun siyasi təcrübəsinə ehtiyacı daha aydın şəkildə özünü göstərdi. Xalqın iradəsi ilə 3 oktyabr prezident seçkilərində Heydər Əliyevin dövlət başçısı seçilməsi isə bu siyasi prosesin məntiqi nəticəsi kimi Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra andiçmə mərasimində xalqa müraciət edərək həyatının sonuna qədər Azərbaycan xalqına sədaqətlə xidmət edəcəyini və bütün fəaliyyətini Azərbaycanın gələcək inkişafına sərf edəcəyini bildirmişdi. Bu sözlər sonrakı illərdə həyata keçirilən dövlət siyasətinin mahiyyətini müəyyən edən siyasi iradənin ifadəsi kimi tarixə düşdü. Ordu quruculuğu sahəsində məqsədyönlü siyasət həyata keçirildi, Azərbaycan Ordusunun dövlətin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsində əsas dayaqlardan birinə çevrilməsi üçün zəruri institusional baza formalaşdırıldı. Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını Azərbaycanın müstəqilliyinin dönməz və sarsılmaz olması ideyası təşkil edirdi. Ulu Öndərin “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. 

Emin Feyzizadə 

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: