Polis Nərimanovda əməliyyat keçirdi: Həbs edilənlər var (VİDEO)

img

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı son bir həftə ərzində silsilə əməliyyatlar keçirilib.

DİN-dən Rezonans.az-a bildirilib ki, tədbirlərlə paytaxt sakinləri Rasim Kərimov, Nəriman Nərimanov, tanışı Ramil Allahverdiyev, Rüstəm Kərimov və  İsa Ağayev saxlanılıblar. Onlardan ümumilikdə 19 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslər olduqları müəyyən edilib.

Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Xəbəri paylaş: