"Ombudsman aparatının əməkdaşları müstəqil şəkildə öz təşəbbüsləri ilə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edirlər"
Rezonans.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, həm Bakı şəhərində, həm regionlarda, həmçinin azad olunan ərazilərdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar.
"Hazırda biz cəzaçəkmə müəssisəsində məhkumların seçki hüququnun təmin olunmasını müşahidə edirik. Müşahidənin nəticələri haqqında ictimaiyyətə geniş məlumat veriləcək".