Qalib Ölkə: İlham Əliyevin və Azərbaycan Ordusunun 44 Günlük Zəfəri

img

2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində ən şanlı səhifələrdən birinə çevrildi. Bu müharibə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi altında, Ermənistanın 30 ildən artıq işğalı altında saxladığı torpaqların azad edilməsi ilə nəticələndi. Müzəffər Azərbaycan Ordusu bir-birinin ardınca düşmənin mövqelərini məhv edərək, xalqımızın illərlə gözlədiyi ədaləti bərpa etdi. İlham Əliyevin liderliyi bu döyüşlərin əsas təməl daşı oldu. Prezidentin beynəlxalq aləmdə apardığı uğurlu diplomatik siyasət, informasiya müharibəsində qazanılan üstünlük və xalqla birbaşa əlaqəsi hərbi uğurların təminatçısı kimi çıxış etdi. Müharibənin ilk günlərindən etibarən, Ali Baş Komandan xalqın və ordunun yanında olduğunu dəfələrlə vurğulayaraq, əsgərlərə və zabitlərə əsl lider kimi dəstək verdi.

Azərbaycan ordusu öz gücünü dünyaya sübut etdi. Texnoloji yeniliklərdən istifadə, dronlar və digər müasir hərbi texnika düşmənin silahlı qüvvələrini sarsıtdı. Strateji yüksəkliklərin azad edilməsi və böyük hərbi əməliyyatlar nəticəsində, xüsusilə Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu. Şuşanın alınması Azərbaycan ordusunun hərbi sənətkarlığının ən parlaq nümunələrindən biri oldu.


Müharibənin son günlərində İlham Əliyevin iradəsi və güclü ordunun səyləri nəticəsində Azərbaycan dünya ictimaiyyətinə qalib ölkə kimi tanıdıldı. Ermənistan məğlubiyyətini qəbul edərək 10 noyabr tarixində təslim aktına imza atmağa məcbur oldu. Bu, Azərbaycanın böyük Zəfərinin və müstəqilliyinin qorunmasının təcəssümü idi. 44 günlük müharibə təkcə hərbi zəfər deyil, həm də milli birlik, xalq-ordu-prezident birliyinin möhtəşəm bir təntənəsi oldu. İlham Əliyevin və Azərbaycan ordusunun əzmi, bu müharibəni tariximizin ən böyük qalibiyyətlərindən birinə çevirdi.


Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın tarixi ədalətini bərpa edən güclü ordunun şərəfli yolunu əks etdirir.



Sahilə Bayramlı

Xəbəri paylaş: