Azərbaycan cüdoçusu Aslan Kotsoyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
Rezonans.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Milyan Radulu sınağa çəkib.
Rəqibinə 0:2 hesabı ilə uduzan A.Kotsoyev fəxri kürsünün ikinci pilləsinə qalxıb.