Daha iki cüdoçumuz medal əldə etdi

img

Azərbaycanın daha iki cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

Rezonans.az xəbər verir ki, Şamil Tuncay (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) üçüncü yer uğrunda görüşdə öz rəqiblərinə qalib gəliblər.

Bununla da çempionatın fərdi yarışlarına yekun vurulub.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) və Aslan Kotsoyev (90 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirdə sentyabrın 8-də isə komanda yarışlarına start veriləcək.

Xəbəri paylaş: