Qazaxıstan və Azərbaycan prezidentləri arasında telefon danışığı olub.
Rezonans.az xəbər verir ki, bu barədə Tengrinews.kz nəşri məlumat yayıb.
Telefon danışığı zamanı Kasım-Jomart Tokayev V Ümumdünya Köçəri Oyunlarına nümayəndə heyətini göndərdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın yüksək dinamikasını qeyd etdi.
Prezident iki ölkə xalqlarının daha da yaxınlaşması üçün sentyabrın sonunda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin vacibliyini vurğulayıb.