Bərdədən Xocalı-Xankəndi marşrutu üzrə ilk reys yola düşdü

img

Bərdə-Xocalı-Xankəndi marşrutu üzrə təşkil edilən ilk reys Bərdədən yola düşüb.

Rezonans.az xəbər verir ki, şəhər avtovağzalından hərəkətə başlayan mikroavtobusun ilk sərnişinləri tarixi hadisəyə şahid olduqları üçün məmnun olduqlarını bildirdilər.

Qeyd edək ki, gündə üç reys təşkil olunacaq. Bir biletin qiyməti isə 2 manat 80 qəpikdir.

Xəbəri paylaş: