Azərbaycanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistem çöküb.
Rezonans.az-ın məlumatına görə, ölkə üzrə tibb mərkəzlərinə gedən vətəndaşlar elektron sistemin işləməməsi səbəbindən xidmətlərdən yararlana bilmir. Müraciət edən vətəndaşlar geri qaytarılır.
Bu səbəbdən xəstəxanalarda növbələr də yaranıb.