Fransada parlament seçkilərinin nəticələri- solçular öndədir

img

Fransada keçirilən parlament seçkilərinin birinci turunun nəticələri məlum olub.

Rezonans.az xəbər verir ki, "Yeni Xalq Ekoloji və Sosial Birliyi" (NUPES) solçu koalisiyasının nümayəndələri səslərin əksəriyyətini toplayıb.

BFM” telekanalı “Elabe” sosioloji xidmətinin səsvermə başa çatdıqdan sonra verdiyi proqnozun nəticələrinə görə, solçu Jan-Lyuk Melenşonun təşəbbüsü ilə yaradılmış NUPES koalisiyasının nümayəndələri 26,2% səs toplayıb.

“Birgə!” hakim koalisiyasının namizədləri 25,8 faiz səs toplayıb.

Buna baxmayaraq, Fransada majoritar seçki sisteminin xüsusiyyətlərinə görə, hakim koalisiya parlamentdəki yerlərin əksəriyyətini saxlayacaq.

 

Xəbəri paylaş: