"Dünyadakı prosesləri istiqamətləndirən ölkə Türkiyədir" - Çavuşoğlu

img

Mühüm hadisələrin olduğunu, tarazlıqların dəyişdiyini, böhranların və müharibələrin baş qaldırdığı dünyada proseslərin “inkişaflarını istiqamətləndirən” ölkələr sırasında  Türkiyə də  xüsusi rol oynayır. 

Rezonans.az xəbər verir ki,  bunu Türkiyənin XİN rəhbəri Çavuşoğlu Şimali Kipr Türk Respublikasının (KKTC) Lapta bölgəsində vətəndaşlarla görüşü zamanı deyib.  

Görüşdə Çavuşoğlu ilə yanaşı, KKTC Daxili İşlər naziri Ziya Öztürkler, nazir müavini Sedat Önal, Türkiyənin Lefkoşa səfiri Ali Murat Başçeri, müavini Ali Şan, Lapta Bələdiyyə Başçısı Mustafa Aktuğ da iştirak edib.

Xəbəri paylaş: