Beynəlxalq Sülh Günü ərəfəsində silsilə tədbirlər keçirilib

img

21 Sentyabr – Beynəlxalq Sülh Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin Gəncə Gənclər Evi, Gəncə-Daşkəsən Regional Gənclər İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional bölməsi ilə birgə Gəncədə “Tolerantlıq sülhün və birgə yaşayışın təməlidir” mövzusunda və Göygöl rayon İcra hakimiyyətinin və Göygöl Gənclər Evi ilə birgə Göygöldə “Sülh mədəniyyəti və insan hüquqları” mövzusunda tədbirlər təşkil olunub.

Rezonans.az xəbər verir ki, tədbirlərdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri S.Abbasov cəmiyyətdə bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində Müvəkkilin fəaliyyəti barədə məlumat verib, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən danışıb.

Tədbirlərdə, həmçinin mövzu üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: