Tovuzda kişi həmkəndlisini bıçaqladı - DİN-dən AÇIQLAMA

img

Tovuz rayon Xatınlı kənd sakini, 35 yaşlı Şahməddin Cəfərov həmkəndlisi tərəfindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci il təvəllüdlü Elman Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: