Köçərli Həsənov vəfat etdi

img

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Fəriş oğlu Həsənov vəfat edib.

Rezonans.az xəbər verir ki, K.Həsənov dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında vəfat edib. Ürək əməliyyatdan sonra onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Köçərli Həsənov 10 noyabr 1961-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olub.

Xatırladaq ki, Köçərli Həsənov uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində işləyib, bir müddət isə sədr vəzifəsini icra edib. 

Bu il “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.

Xəbəri paylaş: