Səbinə Əliyeva Debbi Kohner ilə görüşüb

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumu çərçivəsində Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin (ENNHRI) baş katibi Debbi Kohner ilə görüşüb.


Rezonans.az xəbər verir ki, görüş zamanı Ombudsman regional və beynəlxalq təşkilatlarla, o cümlədən ENNHRI ilə səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

İnsan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verən Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərə əsasən bərabərlik hüququnun təmini, ayrı-seçkiliyin qarşısının alınması və bir sıra digər istiqamətlərdə mandatının genişləndirildiyini bildirib.

Görüşdə qlobal iqlim dəyişikliyinin yol açdığı problemlərin insan hüquqlarının təmin edilməsinə təsiri və bu problemlərin həlli yollarının müzakirəsi və əldə olunan müsbət təcrübələrin mübadiləsi baxımından Ombudsmanların Beynəlxalq Bakı Forumunun vacibliyi vurğulanıb, bu cür təşəbbüslərin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

ENNHRI-nin baş katibi Debbi Kohner öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Xəbəri paylaş: