Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdamda yerində müşahidə aparıblar

img

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ermənistan hərbi qüvvələrinin otuz ilə yaxın işğal dövründə dağıtdığı dini, mədəni və tarixi abidələrdə yerində müşahidə aparıblar.

Rezonans.az xəbər verir ki, səfər iştirakçıları, həmçinin Ağdam Cümə məscidində və İmarət Kompleksində Azərbaycan dövləti tərəfindən həyata keçirilmiş təmir-bərpa işləri ilə tanış olub, yeni yaşayış məhəllələri, həyata keçirilən tikinti-quruculuq işləri baradə məlumatlandırılıblar.

Xəbəri paylaş: