Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə, Ombudsman Aparatının bir qrup əməkdaşı ilə birlikdə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyası çərçivəsində “Sağlamlıq hüququ: İslam və insan hüquqları kontekstində” mövzusunda təşkil olunmuş tematik müzakirələrdə iştirak ediblər.
Rezonans.az xəbər verir ki, Ombudsman Səbinə Əliyeva İƏT-ə üzv ölkələrin nümayəndələrinin, MDİHK üzvlərinin, insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxaq ekspertlərin iştirakı ilə keçirilən tədbirdə “İslam ölkələrində sağlamlıq hüququ – İqlim ədaləti və Ombudsman təsisatlarının rolu” mövzusunda geniş çıxış edib.