
Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçı baş tutmayıb.
Rezonans.az xəbər verir ki, buna səbəb Bakıdakı Zirə İdman Kompleksinin stadionunun qarla örtülməsi olub.
Meydana baxış keçirən baş hakim Rauf Cabarov matçın təxirə salınması barədə qərar verib.
Ləğv edilən matç 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək.
Qarşılaşma saat 16:00-da başlanacaq.