Ədalət Əliyevin tələbələri şahmat üzrə dünya çempionatının qalibi olub

img

Şahmat üzrə 21-ci Beynəlxalq Həlletmə Yarışı (21-st İnternational Contest) başa çatıb və Beynəlxalq Hakimlər Heyətinin qərarı açıqlanıb. 

Rezonans.az xəbər verir ki, dünya üzrə 185 şahmatçının iştirak etdiyi yarışda ölkəmizi təmsil edən Qəbələ Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçi-müəllimi Araz Alməmmədov 60 xaldan 53,5 xalla I yeri, Qəbələ Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Samir Alməmmədov isə 39,75 xalla III yeri qazanıb. Fərəhli haldır ki, Dünya üzrə 3 qalib yerdən ikisini Azərbaycanı təmsil edən Qəbələ şahmatçıları əldə edib. 
 
Qalibləri və şahmatsevərləri təbrik edirik. Xatırladırıq ki, Ədalət Əliyev həmçinin Qəbələ Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin də direktoru kimi onlarla şahmatçının yetişdirilməsində böyük rol oynayıb.

Xəbəri paylaş: