"Mədəni irsin qorunması” mövzusunda tədbir keçirilib

img

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə “Mədəni irsin qorunması” mövzusunda tədbir keçirilib. 

Rezonans.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi ilə birgə təşkil olunub.

Tədbirdə Regional Kollecin direktoru, v.m.i.e. Xoşqədəm Xudiyeva, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəis müavini Xəlil İbrahimov, idarənin əməkdaşları, eləcə də Gəncə Dövlət Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri olan tarixi-mədəni irsin qorunması və təbliği, bu sahədə maarifləndirmə işlərinin əhəmiyyəti barədə danışıblar.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçılara mövzunu əhatə edən videoslayt nümayiş etdirilib.

Xəbəri paylaş: