AMEA-nın 80 illik yubileyi təkcə bir elm ocağının tarixi hadisəsi deyil, həm də Azərbaycanın elmi düşüncəsinin və milli zəkasının bayramıdır

img

3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı ölkəmizdə elmin inkişafı, alimlərin cəmiyyət həyatındakı rolu və elmi potensialın gələcək istiqamətləri baxımından mühüm əhəmiyyət kəsb etdi. Dövlət başçısının çıxışı, həm keçilən elmi yolun dərin təhlilini, həm də gələcəyə yönəlik strateji baxışları özündə əks etdirirdi. AMEA qarşısında yeni dövrün çağırışlarına uyğunlaşmaq, beynəlxalq elmi əməkdaşlıq əlaqələrini genişləndirmək və gənc alimlərin fəaliyyətinə daha çox dəstək vermək kimi mühüm vəzifələr dayanır. Prezident İlham Əliyevin alimlərə ünvanladığı bu mesajlar elm ictimaiyyətinə inamın və etimadın bariz göstəricisi kimi qiymətləndirilir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) şərəfli yol keçərək yetişdirdiyi görkəmli şəxsiyyətlər, dəyərli elm xadimləri ilə Azərbaycan elminin uğurlu inkişafında əvəzsiz rol oynayıb. Bu işıqlı elm ocağı, eyni zamanda, dünya elminə sanballı töhfələr verməklə Azərbaycanın adını, şöhrətini ucaldıb. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb və nəticədə Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, islahatlar çərçivəsində idarəetmə strukturları optimallaşdırılıb, elmə aidiyyəti olmayan, Akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar oradan çıxarılıb. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilib, elmi-tədqiqat institutları təmir və avadanlıqlarla təchiz olunub.2009-cu ildə yaradılan Elm Fondu qrantlar çərçivəsində Azərbaycan alimlərinə maddi dəstək olmaqla elmin inkişafına təkan verib. Habelə, Elmin inkişafı üzrə Milli Strategiya sənədinin, “Elm haqqında” qanunun və Dövlət Proqramının qəbul edilməsi elmimizin hərtərəfli inkişafında yeni mərhələ açıb. Bütün bu yüksək nailiyyətlər cənab Prezidentin elmimizi milli inkişafın ayrılmaz tərkib hissəsi kimi görməsinin, gələcək uğurlarda elmtutumlu intibah əsrinə güvənməsinin nəticəsidir. Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və öz addımlarını dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmağı, bir çox təşəbbüslər irəli sürməyi, inkişaf trendlərindən bir addım belə geridə qalmamağı vacib sayır. Dövlətimiz əvəzolunmaz idarəetmə istedadı, mükəmməl zəkası olan Liderinin rəhbərliyi ilə qlobal mühitə sürətlə inteqrasiya olunaraq yüksək texnologiyalar, kosmik sənaye, informasiya-kommunikasiya texnologiyaları, süni zəka, startaplar və ən qabaqcıl innovasiya modelləri yaradır, regionda nümunəvi ekosistem qurur, həmin sahələrin elmtutumlu xüsusi layihə və proqramlarını icra edir, inkişafın gələcək istiqamətlərini müəyyənləşdirir. Hazırda Azərbaycan iqtisadiyyatının aparıcı təkanverici qüvvəsi olan qeyri-neft sektorunda yeni nəsil texnoloji innovasiyalara meydan açılıb. Ölkənin inkişafını XXI əsrin üçüncü onilliyi də daxil olmağa hazırlaşdığımız dördüncü onilliyin əsas şüarı olan intellektual mülkiyyət diktə edir. Təbii resurslar tükənəndir, intellektual potensial, texnoloji inkişaf isə dayanıqlıdır, davamlıdır.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: