“Zərərli vərdişlərə və mənfi təsirlərə yox deyək!

img

Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Canalı kənd tam orta məktəbində narkomaniya, dini radikalizm və erkən nikahın fəsadlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Rezonans.az xəbər verir ki, tədbir zamanı polis əməkdaşları çıxış edərək qeyd olunan halların insan sağlamlığına, psixoloji inkişafına və cəmiyyətin gələcəyinə vurduğu mənfi təsirlər barədə şagirdlərə ətraflı məlumat veriblər.

Bildirilib ki, narkomaniya və dini radikalizm gənclərin həyatını təhlükə altına alan, erkən nikah isə onların təhsil və inkişaf imkanlarını məhdudlaşdıran ciddi sosial problemlərdir.

Vurğulanıb ki, bu cür maarifləndirici tədbirlər gənclərin düzgün dünyagörüşünün formalaşması, sağlam həyat tərzinin təşviqi və cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbəri paylaş: