Kopenhagen Danimarkanın paytaxtı və ən böyük şəhəridir. Son 70 il ərzində bu şəhər planlaması sahəsində dünya üçün nümunəvi bir modelə çevrilmişdir. Kopenhagenin şəhərsalma yanaşması yalnız şəhərin həyat tərzini müəyyənləşdirmir, eyni zamanda digər böyük şəhərlər üçün də tətbiq oluna biləcək prinsipləri göstərir.
Kopenhagenin şəhərsalma infrastrukturu inkişafının əsas sütunlarından biri 1947-ci ildə hazırlanan “Beş Barmaq Planı”dır. Bu plan şəhər mərkəzindən çıxan əsas nəqliyyat xətləri əsasında şəhərin genişlənməsini təmin etmək üçün hazırlanmışdır. Bu xətlər beş barmaq kimi mərkəzi “palmadan” (şəhər mərkəzindən) çıxır və "barmaqlar" arasında qalan geniş yaşıl sahələr şəhərsalma üçün prioritet sahələri təşkil edir. Beləliklə, şəhərsalma nəqliyyat və təbiət arasında balans yaratmaqla planlaşdırılmışdır. Yaşıllıq və şəhər infrastrukturu arasında bir harmoniya formalaşır.
Kopenhagen dünya miqyasında velosiped dostu şəhər kimi tanınır. Şəhərin küçələrində velosiped yolları geniş şəkildə salınmışdır və sakinlərin təxminən 40%-i hər gün velosipedlə hərəkət edir. Bu şəhər üçün adi həyatın ayrılmaz hissəsinə çevrilmişdir.
Şəhərin ekoloji planlaması nöqteyi nəzərindən Kopenhagenin digər mühüm cəhəti — geniş yaşıl sahələrin konseptual inteqrasiyasıdır. Məqsəd — şəhər daxilində yaşayan hər kəsin qısa məsafədə park və yaşıl məkanlara çıxışını təmin etməkdir.
Elvin Nəsibov
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı









